Azərbaycan qopur

Yeniyetmə vaxtlarımda yazıçı Əbülhəsənin “Dünya qopur” romanı evimizdəki kitabların arasından gözümə sataşdı. Götürüb oxumağa başladım. İndi bəzilərinin lağlağı formasında “Sovet ədəbiyyatı” deyib hər nə qədər barmaqarası baxmalarına baxmayaraq bu əsəri indiki dövr üçün də aktual hesab edirəm. Hələ əsəri ilk dəfə oxuyanda heyrətlənmişdim ki, dünyanının siyasi məcrasını dəyişən inqilabi bir hökumət Azərbaycanda qurularkən insanların əhvali-ruhiyyəsini, […]Read Post ›

Azərbaycanlılar üçün qladiator döyüşləri və ya növbəti oyun

Həyəcan… Gərginlik… Emosionallıq… Hay-küy… Qəzəb… Nifrət… Əsəb… Kədər… Fəryad… Aldadılma… Yanılma… və s. və s. Bütün bunlar 2016-cı il aprelinin ilk ongünlüyünün Azərbaycan mənzərəsidir. Baş verən hadisələrə, bu hadisələrə, göstərilən, verilən reaksiyalara nəzər saldıqda biz daha maraqlı, dəhşətli şeylərin şahidi oluruq. Axı, nə baş verdi?! 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri […]Read Post ›

Bizi fil yerinə qoyublar

Əslində, bu yazıda toxunduğum hadisələrlə bağlı ayrı-ayrılıqda yazı yazıb hər biri haqqında geniş bəhs etmək olardı. Mətbuatda bu haqda kifayət qədər yazılar yazıldığından, müzakirələr aparıldığından buna lüzum görmədim. Doğrusu, indi yazacaqlarımı bu və ya digər formada başqaları yazıb da, səsləndirib də. Bu haqda düşündüklərim olduğu üçün yazmaq qərarına gəldim. Yazıda ölkədə baş verən son hadisələrdən […]Read Post ›

Kitabı düşünənlər və kitaba düşmənlər

Bir neçə vaxtdır ki, kitab haqda təbliğat xarakterli yazı yazmaq istəyirdim. Sözün düzü son günlərdə oxuduğum əsərlərdən biri haqqında — Arif Əliyevin “Son çağrı” romanı haqda yazacaqdım. İstəyirdim ki, Azərbaycan ədəbiyyatının son illərdə yazılmış ən maraqlı əsərlərindən biri olan bu roman barədə onu oxuyanlarla təəssüratlarımı bölüşüm, oxumayanlara da bu əsər haqda məlumat verim. Amma bu […]Read Post ›